Azərbaycan Premyer Liqasında əsasnaməsinə dəyişiklik

Azərbaycan Premyer Liqasında əsasnaməsinə dəyişiklik
12:37 25 İyul 2017
27 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edilib. 


Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.


Onun sözlərinə görə, qarşıdakı mövsümdən klubların start heyətində və ehtiyatda 1996-cı il təvəllüdlü ən azı bir oyunçu yer almalıdır. 1998-ci il təvəllüdlü daha bir oyunçu isə ehtiyatda olmalıdır. Legioner sayı isə əvvəlki kimi 6 qalıb. PFL rəsmisi artıq bu barədə klubların da məlumatlandırıldığını bildirib.


Qeyd edək ki, ötən mövsümədək start heyəti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) kimi olub. Matçın protokolunda isə 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləq idi.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-premyer-liqasnda-sasnamsin-dyiiklik-t59509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR