"Əvvida sevgilim, əvvida"

Bu gün musiqi aləmində fərqlilik etmək, özünə auditoriya yığmaq istəyən bəzi müənnilər mahnıları səsləndirən zaman bilərəkdən orfoepik qaydaları pozurlar. Onlar sözləri səhv səsləndirməklə dinləyicilərdə təbəssüm yaradır, mahnılarının çox dinlənilməsini təmin edirlər. Lakin dilin normalarını kobud şəkildə pozurlar.

Bununla bağlı Metbuat.az-a açıqlama verən dilçi alim İsmayıl Məmmədov bildirdi ki, istər yazılı, istər şifahi olsun, dilin normaları pozulmamalıdır:

“Dil normasını pozan müğənnilərin bildiyi o qədərdir. Çünki onlar təhsil almayıblar. Ordan-burdan eşitdiklərini danışırlar. Ona görə də, onların bu cür oxumağına təbii baxıram. Bilərəkdən bunun pozulması yaxşı hal deyil. Lakin onların normaları pozması o demək deyil ki, Azərbaycan dilinin ormaları pozulur. Azərbaycan dilinin normalarını qoruyanlar da var. Aktyorlarımız bu normları həmişə gözləyir”.

DİQQƏT: Özünüzü porno saytlarda görə bilərsiniz... - Təhlükə var! – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR