Əli Mirəliyev Elgizlə birlikdə veriliş aparacaq

Sosial mediada Əli Mirəliyevin yeni mövsümdə ARB TV-də Elgiz Əkbərlə bərabər aparıcı kimi tamaşaçıların qarşısına çıxacağı ilə bağlı xəbər yayılıb. 

Müğənni Ə.Mirəliyev Mətbuat.az-a açıqlamasında xəbəri təsdiqləyib:

"Xəbər düzdür, yeni layihədə o da olacaq. Kimdən əksiyəm ki? Dünənin uşaqları "Lider"də veriliş apara bilir, mən apara bilmərəm? Bəli, ölməyib sağ qalsam, aparacam. Hamı bu verilişi sevəcək. Gözləyin, görəcəksiniz”.

Elgiz Əkbər isə Metbuat.az-a xəbəri təkzib edən açıqlama verib: "Xaricdə istirahətdəyəm. Belə bir layihə haqqında məlumatım yoxdur".

Nisə Qasımova "Ana" mahnısı oxudu - VİDEO-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR