"Holcim (Azerbaijan)"ın səhmləri növbəti psixoloji həddə qədər ucuzlaşıb

"Holcim (Azerbaijan)"ın səhmləri növbəti psixoloji həddə qədər ucuzlaşıb
13:22 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin (Qaradağ Sement Zavodu) səhm paketinin alqı-satqısı üzrə növbəti əqd bağlanılıb.
“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 186 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.
Qiymətli kağızlar nominal dəyərinin 50% baha – 30 manatdan alınıb-satılıb.
Bununla belə, səhmlərin dəyəri ötən il qeydə alınmış qiymətlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, 2016-cı il sentyabrın 1-də bağlanmış əqd zamanı investorlar “Holcim (Azerbaijan)”ın 1 səhminə 66,75 manat ödəmişdi. Başqa sözlə, son 10 ay ərzində müəssisə bazar dəyərini 2 dəfədən çox itirib. Buna səbəb isə Qaradağ Sement Zavodunun zərərlə işləməsidir. Sement istehsalçısı 2015-ci ildən 99 mln. manatlıq, 2016-cı ildən isə 27 mln. manatlıq xalis zərərlə çıxıb.
Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və Azərbaycanın ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 mln. manatdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/holcim-azerbaijan-in-sehmleri-novbeti-psixoloji-hedde-qeder-ucuzlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR