“ASAN xidmət”in internet səhifəsi yeniləndi

“ASAN xidmət”in internet səhifəsi yeniləndi
13:34 25 İyul 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

“ASAN xidmət”in tam yenilənən korporativ saytı vətəndaşların istifadəsinə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, vətəndaşların rahatlığını təmin etmək üçün yaradılan yeni saytın əsas səhifəsi 8 bölmədən ibarətdir.

 

Vətəndaşlar saytın “ASAN xidmətlər”, “ASAN Kommunal”, “Səyyar ASAN xidmət” bölmələrinə daxil olaraq, göstərilən xidmətlər barədə ətraflı məlumat ala bilərlər.

 

“Onlayn növbə” bölməsinin köməyi ilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən qabaqcadan müvafiq xidmət üçün növbəyə yazıla bilərlər.

 

“ASAN könüllülük” məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat əldə etmək üçün yenilənən saytda könüllülərin “ASAN School” təcrübə məktəbinə interaktiv keçid yerləşdirilib.

 

Yenilənmiş saytın “Statistika” bölməsində “ASAN xidmət”ə daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumatlar əks olunub. Saytın əsas səhifəsində, həmçinin “ASAN Ödəniş” portalına keçid təqdim edilib. “Çağrı mərkəzi” bölməsində isə “ASAN xidmət”in 108 qısa nömrəsi ilə vətəndaşları dövlət xidmətləri haqqında məlumatlandıran “Çağrı mərkəzi”nin fəaliyyəti barədə məlumat yer alıb.

 

Saytdan istifadənin maksimum asanlaşdırılması üçün yenilənən və rahat daxili naviqasiya sistemi tətbiq olunub. Bu, vətəndaşlara cəmi bir neçə addıma onları maraqlandıran suallara cavab tapmağa imkan verir.

 

Bundan başqa, “ASAN xidmət”in yeni saytı mobil telefon istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb və Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

Saytın bu və digər yenilikləri ilə www.asan.gov.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR