Ombudsman Aparatının əməkdaşları Sosial-xidmət müəssisəsinə baş çəkiblər

Ombudsman Aparatının əməkdaşları Sosial-xidmət müəssisəsinə baş çəkiblər
13:42 25 İyul 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkiblər.
Ombudsmanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə sağlamlıq imkanları məhdud olan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.
MPQ üzvlərinin və ekspert qismində cəlb olunmuş həkimin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, o cümlədən rəsm, musiqi otaqlarına, habelə idman zalına, ümumi əraziyə baxış keçirilib.
Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, tərbiyəçi və tibb işçiləri ilə söhbətlər aparılıb və mövcud vəziyyət öyrənilib.
Əsaslı təmir olunaraq zəruri müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin müasir standartlara uyğun olduğu müəyyən olunmuş, saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilib.
Başçəkmənin sonunda saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/ombudsman-aparatinin-emekdaslari-sosial-xidmet-muessisesine-bas-cekibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR