Donald Trampın çıxışına damğa vuran qadın kimdir?

Donald Trampın çıxışına damğa vuran qadın kimdir?
13:43 25 İyul 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp “Obamacare” səhiyyə sisteminin ləğv edilməsi ilə bağlı Ağ Evdə çıxış edib. Bu çıxışın ən qəribə tərəfi isə Trampın arxasında dayanan qadın olub. Daha doğrusu, qadının qaşları…

Publika.az xəbər verir ki, Trampın çıxışını kimsə dinləyə bilməyib.

Çünki prezidentin çıxışı zamanı hamının diqqəti onun arxasında dayanan, qəribə qaşları və qəmgin üz ifadəsi olan qadında olub.

Həmin qadın prezidentin bütün çıxışı boyunca boynunu yana bükərək üzgün şəkildə Trampı dinləyib.

Müəmmalı qadının kimliyi isə hələ də bəlli deyil. Bəzi iddialara görə, qadın Obamanın təsis etdiyi səhiyyə sığortasının amerikalı qadınlara verdiyi zərəri simvolizə etmək üçün qəsdən oraya göndərilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR