Oğuzdakı güllələnmə hadisəsi ilə bağlı RƏSMİ MƏLUMAT

Oğuzdakı güllələnmə hadisəsi ilə bağlı RƏSMİ MƏLUMAT
13:49 25 İyul 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 24-də Oğuz rayonunun Yaqublu kəndində kənd sakini Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsinə xəsarət yetirərək hadisə yerini tərk edib.

 

Xəstəxanaya yerləşdirilən L.İsayevin vəziyyəti ağırdır.

 

Oğuz RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Namazov tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR