"Qarabağ" tarixi uğurun astanasında - YENİLƏNİR

"Qarabağ" tarixi uğurun astanasında -   YENİLƏNİR
13:57 25 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verəcək. Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" ilk oyunun evdə keçirəcək.


Ağdam təmsilçisi bu mərhələdə Moldovanın "Şerif" klubunu sınağa çəkəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21.00-da başlayacaq.Görüşü Belarusdan olan FIFA referisi Sergey Sinkeviç idarə edəcək.


"Qarabağ" II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu iki oyunun nəticəsinə görə 6:0 hesabı ilə yenib (5:0, 1:0). Təmsilçimiz "Şerif" səddini keçsə, Çempionlar Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaqla yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.


Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun


25 iyul

21.00 Qarabağ (Azərbaycan) - Şerif (Moldova)

Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanav, Vitali Malyutsin, Viktor Şimusik (Belarus).

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan).

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-tarixi-uurun-astanasnda-t59512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR