“Qarabağ” – “Şerif” matçı heç-heçə yekunlaşdı

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da mərhələnin ilk oyununa çıxacaq. Ağdam təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edib. 

Matç qolsub heç-heçə ilə yekunlaşıb.

Qurban Qurbanovun komandası buna qədər ÇL-də 3-cü təsnifat mərhələsini keçə bilməyib. .

Qeyd edək ki, “Qarabağ” 2-ci təsnifat mərhələsində “Samtredia”nı (Gürcüstan), “Şerif” isə Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb.

25 iyul

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, ilk oyun

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)

Dördüncü hakim: Viktor Şimusik (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Ərəb şeyxindən 222 milyon avroluq təklif - Neymar "Barselona"dan gedir? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR