İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb

İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb
13:59 25 İyul 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

17 yaşlı gənc dənizdə bataraq ölüb.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 23 iyul günü dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 25 iyul tarixində 2000-ci il təvəllüdlü, İsmayılov İdris Rasim oğlunun  cəsədi batdığı yerdən 8-10 kilo metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR