Proqnozlar Bürosu: Bakıda küləkli hava şəraiti iyulun 27-dək davam edəcək

Proqnozlar Bürosu: Bakıda küləkli hava şəraiti iyulun 27-dək davam edəcək
14:12 25 İyul 2017
248 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ "Bakıda əsən və arabir güclənən külək iyul ayının 27-dək davam edəcək".
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O xatırladıb ki, iyul ayının 24-dən başlayaraq paytaxtda arabir güclənən şimal qərb küləyi əsir: "Xəzri küləyinin üstünlüyü iyul ayının 27-dək davam edəcək. Yəni, iyul ayının 25-26-ı gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 30-35 dərəcə arasında dəyişəcək".
G.Məmmədovanın sözlərinə görə, iyul ayının 27-i gündüz saatlarından başlayaraq paytaxtda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: "Yəni, hazırda müşahidə olunan arabir güclənən şimal-qərb küləyi iyulun 27-dən mülayimləşəcək".
Mütəxəssis qeyd edib ki, yaxın iki gün ərzində havanın temperaturunda dəyişiklik gözlənilmir: "İyulun 27-dən etibarən havanın temperaturunun tədricən yüksəlməsi gözlənilir".  

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/proqnozlar-burosu-bakida-kulekli-hava-seraiti-iyulun-27-dek-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR