Azərbaycanlı uşaq canlı yayımda sualı ilə Putini güldürdü - VİDEO

Azərbaycanlı uşaq canlı yayımda sualı ilə Putini güldürdü - VİDEO
14:17 25 İyul 2017
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı şagirdin NTV telekanalının canlı yayımında Rusiya prezidenti Vladimir Putinə verdiyi sual marağa səbəb olub.

Milli.Az baku.ws-yə istinadən xəbər verri ki, NTV-də yayımlanan, azərbaycanlı olan İradə Zeynalovanın "Nedetskiy razqovor s Vladimirom Putinım" proqramında Mariya Ağayeva prezidentdən uşaqlıqda dəcəllik edib-etmədiyini soruşub.

"Uşaq vaxtı siz nadinclik, dəcəllik etmisiniz", - deyə M.Ağayeva sual verib.

Bu sual Putin üçün gözlənilməz olub və Rusiya prezidenti gülümsəyərək uşaq vaxtı dəcəllik etdiyini bildirib.
 
Qeyd edək ki, Mariya Ağayeva amor.az saytına müsahibəsində bildirib ki, atası Ruslan Ağayev azərbaycanlıdır və o, Bakıda anadan olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı uşaq canlı yayımda sualı ilə Putini güldürdü


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR