“Paint” redaktorundan istifadə davam edəcək

“Paint” redaktorundan istifadə davam edəcək
14:35 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin gələcəkdə də “Paint” qrafik redaktor funksiyasından yararlana biləcəklərini açıqlayıb.
  
“ICTnews” Elektron Xəbər Xidməti “Kommersant” resursuna istinadən yazır ki, belə ki, “Windows Store” əlavələr mağazasına köçürüləcək proqramı pulsuz yükləmək mümkün olacaq. Redaktor funksiyasının bir hissəsi bu ilin yazında “Windows 10” sistemində istifadəyə verilən həcmli modellərlə iş üzrə “Paint 3D” proqramına köçürüləcək.
 
Qeyd edək ki, iyulun 24-də “Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracağını bəyan edib. 
 
Payızda buraxılacaq növbəti “Windows 10 Fall Creators Update” proqram yenilənməsi siyahısında qrafik redaktor “köhnəlmiş” əlavələr siyahısına daxil edilib.
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49215-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR