Biləsuvar icra başçısının müavini vəzifəsindən azad olunub

Biləsuvar icra başçısının müavini vəzifəsindən azad olunub
15:27 25 İyul 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 25 iyul. REPORT.AZ/ Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.
"Report"un əldə etdiyi məlumatı Biləsuvar RİH təsdiqləyib.
X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.
Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılmışdı.
X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bilesuvar-icra-bascisinin-muavini-vezifesinden-azad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR