Cəbhədə ermənilərin kustar üsulla hazırladığı texnika məhv edildi - MN

Cəbhədə ermənilərin kustar üsulla hazırladığı texnika məhv edildi - MN
15:34 25 İyul 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş  pilotsuz uçuş aparatından istifadə ediblər. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR