O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı

O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
15:42 25 İyul 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Müdafiə Nazirliyinin adından bir çox istifadəçilərin mobil telefonlarına xəbərdaredici mesajlar gəlir. 

Həmin mesajlarda qeyd olunur ki, telefon danışıqları və sosial şəbəkələrdə müzakirələr zamanı hərbi xidmət məsələləri müzakirə edilməsin. 

Milli.Az xəbər verir ki, qafqazinfo məsələ ilə Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib ki, abunəçilərə göndərilən SMS-lərdən xəbərdardılar: "Bir daha qeyd etmək istəyirik ki, hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR