Azərbaycan və Gürcüstan növbəti danışıqlara başlayacaq

Azərbaycan və Gürcüstan növbəti danışıqlara başlayacaq
15:52 25 İyul 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə danışıqları bu il bitirmək niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/566511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR