Yük avtomobili 10 ton ot bağlaması ilə birlikdə yandı

Gündüz saatalrında Şəkidə yanğın faktı qeydə alınıb.

Metbuat.az FHN-dən verilən məlumata görə, rayonun Aydınbulaq kəndində vətəndaşa məxsus “Kamaz" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR