"Qarabağ" 50-ci ev qolu arzusunda

"Qarabağ" 50-ci ev qolu arzusunda
16:05 25 İyul 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Ağdamın "Qarabağ" klubu avrokuboklarda 50-ci ev qolunu vura bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, əyalət klubu bu gün Moldovanın "Şerif" klubuna 2 qol vursa, "100"ü yarılayacaq.

İndiyədək təmsilçimiz 48 dəfə qonaqların qapısına yol tapıb. Bu səbəbdən də Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundakı 2-ci top yubiley xarakteri daşıyacaq.

"Qarabağ" indiyədək öz meydanında 40 avrokubok görüşü keçirib. Hər matçda orta hesabla 1,20 top vuran komanda Azərbaycan klubları arasında ən yüksək məhsuldarlığa malikdi.

Qeyd edək ki, "Qarabağ" ev oyunlarında 34 qol buraxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR