Venesuelaya qarşı mümkün sanksiyalar nefti bahalaşdırıb

Venesuelaya qarşı mümkün sanksiyalar nefti bahalaşdırıb
16:37 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etmə ehtimallarının güclənməsi ilə təxminən 2% bahalaşıb. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, ABŞ Prezidentinin administrasiyası Venesuelaya tətbiq edəcəyi sanksiyalar arasında neft idxalının qadağan olunması da yer alır.
ABŞ-ın Venesuelaya sanskiyalarının əsasında bu ölkədə siyasi təzyiqin olması amili göstərilir. Həmçinin, ölkə prezidenti Nikolas Maduronun konstitusiyaya dəyişikliklər edərək ölkə rəhbərinin səlahiyyətlərinin artırılması sanksiyalara əsas olan səbəblər arasında göstərilir.
Qeyd edək ki, Venesuela OPEC təşkilatının üzvüdür. Ölkə, 2014- cü ildə neft qiymətlərinin kəskin düşməsindən sonra iflas etməyə yaxınlaşıb. Analitiklər ABŞ-ın Venesueladan iyun ayında 673 min barel/gün neft idxal etdiyini bildirərək, sanksiyaların Kanada istehsalçılarını dəstəkləyəcəyini qeyd ediblər. "GMP First Energy" investisiya xidmətləri şirkətinin analitiki Martin Kinqin (Martin King) fikrincə, ABŞ öz neft ehtiyacını qarşılamaq üçün Venesuelanın əvəzinə başqa ölkə tapmalıdır: "Əgər sanskiyalar həyata keçərsə, kanadalı istehsalçılar üçün stimul yaranacaq".
"Report" xəbər verir ki, "Brent" markalı neft hazırda 49,5 dollar/barelə satılır. Sabah ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatının açıqlanması gözlənilir. Əgər hesabatda neft ehtiyatlarında azalma qeydə alınarsa, qiymətlərin qısamüddətli olaraq 50 dollar/barel həddini üstələyəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/venesuelaya-qarsi-mumkun-sanksiyalar-nefti-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR