Ermənistanda dövlət məmuru itkin düşüb

Ermənistanda dövlət məmuru itkin düşüb
16:42 25 İyul 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Ermənistanın Armavir vilayəti qubernatorunun müşaviri Manuk Simonyan itkin düşüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Polis onun axtarışı ilə bağlı əməliyyat-axtarış tədbiri həyata keçirir.
Ermənistan Polisi mətbuat xidmətinin rəisi Edqar Canonyan bildirib ki, təmsil etdiyi quruma Simonyanın itkin düşməsi haqqında məlumat iyulun 23-də daxil olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-dovlet-memuru-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR