Tramp Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi - FOTO

Tramp Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi - FOTO
16:47 25 İyul 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bu gün bildirib ki, ölkənin baş prokuroru Ceff Seşns, Amerika liderinin fikrincə, demokrat Hillari Klintonu dəstəkləmiş Ukrayna hakimiyyətinin hərəkətlərini araşdırmalıdır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki. bu barədə Tramp özünün "Twitter" mikrobloqunda yazıb.

"Trampın kampaniyasının sabotaj edilməsi istiqamətində Ukraynanın səyləri - sakitcə Klintonun güclənməsinə işləyirdi. Buna görə də, baş prokuror, istintaq haradadır?" - Tramp yazır.

"Baş prokuror Ceff Seşns Hillari Klintonun cinayətləri və kəşfiyyat məlumatlarının sızmasına yol verənlər barədə çox zəif mövqe tutub", - ABŞ prezidenti davam edir.

"Problem ondadır ki, FTX başçısı vəzifələrini icra edən və Hilarininb barəsində istintaq aparılması səlahiyyətlərinə daxil olan .şəxs - Endrü Makkeyb arvadı üçün Hillaridən 700 min dollar alıb!" - Tramp bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR