AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ” klubunun yeni açılan fan-şopunu ziyarət edib

AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ” klubunun yeni açılan fan-şopunu ziyarət edib
17:27 25 İyul 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov və federasiyanın texniki direktoru Bernhard Lippert “Qarabağ” klubunun yeni açılan fan-şopuna baş çəkiblər.
“Report” Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onlar fan-şopda alış-veriş də ediblər.
E.Məmmədov bildirib ki, "Qarabağ"ın fan-şopunun açılmasını görmək olduqca xoşdur: “Məhsullarla yaxından tanış oldum. Sevindirici haldır ki, burada fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar da əldə edə bilər. Qiymətlər də çox uyğundur və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar olduqca xoşagələndir. İnanıram ki, axşam stadionda "Qarabağ" azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik. "Şerif"lə qarşılaşmada "Qarabağ"a uğurlar arzu edirəm".
Qeyd edək ki, “Qarabağ”ın fan-şopu Park Bulvar AVM-in ikinci mərtəbəsində yerləşir.





Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-nin-bas-katibi-elxan-memmedov-qarabag-klubunun-yeni-acilan-fan-sopunu-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR