Azərbaycanda su, torpaq və havada çirklilik səviyyəsi açıqlandı

Azərbaycanda su, torpaq və havada çirklilik səviyyəsi açıqlandı
17:28 25 İyul 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında respublika ərazisində su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, həmçinin hava hövzəsində rаdiоаktibv çirklənmə üzrə müşаhidələr keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyulun 24-də atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan tozun birdəfəlik maksimal qatılığının 1.4, azot 4-oksidin 1.3, hidrogen flüoridin 1.2, furfurolun isə 1 dəfə Yol Verilən Qatılıq Həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə 72 analiz nəticələri daxil olub. Böyük Qafqazın şimal-şərq yamacından axan çaylarda ionların miqdarı və suyun codluğu norma daxilində olub. Şabran limanı Şabran şəhərində isə əksinə olaraq ionların cəmi 3.4, ümumi codluq isə 2.8 dəfə YVQH-ni keçib.
Torpaqların çirklənməsinin monitorinqi zamanı 10 torpaq nümunəsində 30 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub. Bundan əlavə atmosfer yağıntılarından sonra götürülmüş torpaq nümunələrində fon tərkibinin təyini üzrə 16 torpaq nümunəsi üzərində 20 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilindədir. Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb.
Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-13 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib. Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-13 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 10-22 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-17mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/207478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR