"Goldman Sachs": 2024-cü ildə neftə tələbat pik həddə çatacaq

"Goldman Sachs": 2024-cü ildə neftə tələbat pik həddə çatacaq
17:32 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Ən ekstremal ssenarilərlə neftə tələbin maksimal həddinin 2024-cü ildə olacağı ehtimal edilir. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının hesabatında qeyd olunub. 
Hesabatda bildirilir ki, yanacaqla çalışan avtomobillərin enerji effektivliyinin artması, elektrikli avtomobillərin istehsalının çoxalması, həmçinin qlobal iqtisadi artım tempinin yavaşlaması ona gətirib çıxara bilər ki, 2024-cü ildən etibarən neftə tələb azalmağa başlaya bilər. Hindistanın liderliyi ilə inkişaf etməkdə olan ölkələrin iqtisadi artım tempinin davam etməsi bu hadisəni 2030-cu ilə qədər uzada bilər. Lakin hər iki variantda benzin və dizel yanacağına tələbat azalmağa davam edəcək. Onların yerini isə digər neft məhsulları tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/goldman-sachs-2024-cu-ilde-nefte-telebat-pik-hedde-catacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR