Xalq artistinin səhhətində problem yarandı - Türkiyədə gizlin müalicə olunur

Xalq artistinin səhhətində problem yarandı - Türkiyədə gizlin müalicə olunur
17:42 25 İyul 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq artisti Yalçın Rzazadənin səhhətində problemlər yaranıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, dərdinə Bakıda çarə tapmayan sənətkar Türkiyəyə üz tutub. O, iki həftədən çoxdur ki, xəstəxanalarin birində ayağına görə müalicə olunur.

Xəbəri təsdiqləyən xalq artistinin xanımı bunları dedi:

"Bəli, Yalçın müəllim müalicəyə gedib. Ayağında problem var. Daha ətraflı məlumatı isə özü Bakıya qayıdandan sonra verəcək".

Xatırladaq ki, Yalçın Rzazadə 2017-ci ilin əvvəlində telekanalların birində pilləkəndən yıxılıb. Sənətkarın ayağı ciddi zədə aldığından bir neçə ay gibsdə qalsa da, problem aradan qalxmayıb. Ayağı sınandan sonra dizinə su yığılıb, daha sonra sinirlərdə ağrılar yaranıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR