Azərbaycana uçuşlarını bərpa edən Küveyt aviaşirkəti yeni təyyarə alıb

Azərbaycana uçuşlarını bərpa edən Küveyt aviaşirkəti yeni təyyarə alıb
17:42 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Bu yaxınlarda Azərbaycana aviareyslərini yenidən bərpa edən Küveytin "Wataniya Airways" aviaşirkəti təyyarə parkını yeniləyib. "Report"un Küveyt mətbuatına istinadən verdiyi məlumata görə, aviaşirkət ikinci "Airbus A320" təyyarəsini əldə edib.
Şirkətin nümayəndəsi Lana əl-Ruşed bildirib ki, ikinci təyyarə "Wataniya Airways"in uçuşlarının genişlənməsinə və planların böyüməsinə kömək edəcək.
Xatırladaq ki, "Wataniya Airways" şirkəti Azərbaycana uçuşları iyulun 12-dən bərpa edib, reyslər həftənin 3 günü yerinə yetirilir.
Qeyd edək ki, Bakıdan Küveytə gediş-dönüş aviabiletinin ("ekonom" sinifi) qiyməti təxminən 450 dollar (766 manat) təşkil edir.
"Wataniya" sərnişinlərə "Airbus A320s" təyyarəsi ilə də xidmət göstərir və Misir, BƏƏ, Livan, İordaniya, İran, Hindistan, Pakistan və Avropa olmaqla 16 istiqamətdə uçuşlar yerinə yetirməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycana-ucuslarini-berpa-eden-kuveyt-aviasirketi-yeni-teyyare-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR