Azərbaycan XİN Pakistanın Lahor şəhərində törədilmiş terror aktını pisləyib

Azərbaycan XİN Pakistanın Lahor şəhərində törədilmiş terror aktını pisləyib
17:42 25 İyul 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Xarici Işlər Nazirliyi (XİN) ötən gün Pakistanın Lahor şəhərində törədilmiş terror aktını pisləyib.

"Report" xarici siyasət qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, XİN terror qurbanlarının ailələrinə və bütün qardaş Pakistan xalqına başsağlığı verib.
Xatırladaq ki, iyulun 24-də Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb. Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib. Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib. Yaralılar arasında asayiş keşikçiləri də var. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xi-n-pakistanin-lahor-seherinde-toredilmis-terror-aktini-pisleyib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR