Nazir: "Türkiyə iqtisadiyyatı III rübdə 7%-dən çox artacaq"

Nazir: "Türkiyə iqtisadiyyatı III rübdə 7%-dən çox artacaq"
17:52 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin 2017-ci ilin III rübündə iqtisadi artımı 7%-dən yüksək olacaq. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozla Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi çıxış edib. 
Nazir cari ilin yekununda isə 5,5%-dən yuxarı ÜDM artımı gözləntilərinin olduğunu qeyd edib.
"İxracın həcmində tarixi rekord əldə edəcəyik və ilin sonuna qədər hər rübdə ixracın iqtisadi artımda xüsusi çəkisi yüksələcək", - N.Zeybəkçi əlavə edib.
Xatırladaq ki, Türkiyə iqtisadiyyatı bu ilin ilk rübündə 5% artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nazur-turkiye-iqtisadiyyati-iii-rubde-7-den-cox-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR