"VAZ-2107" və "Opel" toqquşdu: yaralılar var - FOTO

"VAZ-2107" və "Opel" toqquşdu: yaralılar var - FOTO
17:52 25 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev və H.Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Sürətlə hərəkət edən "VAZ-2107" və "Opel" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobil qəzası zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR