SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib

SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib
17:57 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) iyul ayında İngiltərənin bu sahədə ixtisaslaşmış nüfüzlu LGC şirkətinin 100-dən artıq beynəlxalq laboratoriya arasında təşkil etdiyi su nümunələrinin təhlili üzrə qarşılaşdırma testində iştirak edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, göndərilmiş su nümunələri 33 parametr üzrə analiz olunub və nəticələr beynəlxalq qarşılaşdırma testini təşkil edən LGC şirkətinə təqdim edilib: “LGC şirkətinin rəyinə əsasən, aparılmış qarşılaşdırmanın nəticəsi olaraq KTL 96% uyğunluq əldə edib ki, bu da uğurlu nəticə sayılır. Bu cür nəticənin əldə olunması yerli və beynəlxalq şirkətlərlə əməkdaşlığın qurulmasında laboratoriya üçün geniş imkanlar yaradır”.
Qeyd edək ki, KTL 2012-ci ildən TurkAK tərəfindən “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” (TS EN ISO/IEC 17025:2012) standartına uyğun akkreditasiyadan keçib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-kompleks-tedqiqatlar-laboratoriyasi-beynelxalq-qarsilasdirma-testlerinde-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR