Ermənistanda ali təhsil almaq istəyənlərin sayı azalır

Ermənistanda ali təhsil almaq istəyənlərin sayı azalır
17:57 25 İyul 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda ali məktəblərə qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı tədricən azalır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əgər keçən il ali məktəblərə 17. 649 abituriyent qəbul olubsa, bu il bu rəqəm 8. 266 olub.
 
Nəticədə dövlət ali məktəblərində hələ də 11 min 375 vakant yer qalıb.
 
Ermənistanda bir çox ixtisaslar sıradan çıxmaq ərəfəsindədir, çünki həmin ixtisaslara abituriyentlər sənəd vermir. Məsələn, İrəvan Dövlət Universitetində kimya ixtisasına cəmi 2, fizika ixtisasına isə 3 abituriyent qəbul olub. Ümumilikdə, İrəvan Dövlət Universitetində 58 ixtisasdan 38-i üzrə 903 yer boş qalıb.
 
Qəzet yazır ki, abituriyentlərin sayının azalması təsadüfi deyil, bu, ildən-ilə Ermənistandan xaricə miqrasiyanın artması ilə bağlıdır. Bu da son nəticədə təhsil sistemini iflic duruma salır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR