Göygöldə zəncirvari qəza

Göygöldə zəncirvari qəza
17:57 25 İyul 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda üç avtomobil qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətdə hərəkətdə olan "Hyundai" markalı kiçik tutumlu yük avtomobili arxadan eyni istiqamətdə hərəkətdə olan "KamAZ"a çırpılıb. Bu zaman qəzadan yayınmaq istəyən "Ford" markalı yük avtomobili yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR