Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib

Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib
18:02 25 İyul 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma məktub ünvanlayıb. 
"Report"un məlumatına görə, məktubda deyilir: 
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm".
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liberiya Respublikasının Prezidenti Ellen Conson-Serlifə də məktub ünvanlayıb. Məktubda deyilir: 
"Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-maldiv-ve-liberiyanin-dovlet-bascilarini-tebrik-edib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR