"Pula görə evlənir, 6 ay sonra da boşanırlar" - Eldar - FOTO

"Pula görə evlənir, 6 ay sonra da boşanırlar" - Eldar - FOTO
18:05 25 İyul 2017
91 Şou
Ölkə mətbuatı
A- A+

"Hələ ki, həyatımda heç kim yoxdur. Ancaq özümü sevirəm. Kimsə toy üstündə piar edib, pul qazana bilər. Toy edirlər ki, pul qazansın, yarım ildən sonra da boşanırlar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Eldar Qasımov "Lider maqazin"ə açıqlamasında deyib.

Sənətçi şou-biznesdəki toyların əksəriyyətini saxta adlandırıb:

"Heç vaxt kiməsə görə evlənmərəm. Heç kim vecimə deyil. Mənim reklamım musiqim, işimdir. Mənim üçün ailə quracağım xanım ağıllı olmalıdır. Bəlkə bir neçə il əvvəl deyərdim ki, sarışın, ayaqları uzun qız bəyənirəm. İndi onlara fikir vermirəm. Sadəcə görüşmək xatirinə kiminləsə görüşmərəm. Birgə yaşamaq üçün tərəflərdən biri ağıllı olmalıdır. Bizdə də xanım olsa yaxşıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/566583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR