İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən şəxs tutuldu

İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən şəxs tutuldu
18:13 25 İyul 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycandan keçərək Suriyaya gedib İŞİD qruplaşmasına qoşulmaq istəyən şəxs Rusiyada saxlanılıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar üzrə Sərhəd Qoşunları İdarəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları Mineralnıye Vodı şəhərinin hava limanında Bakıdan tranzit yolu ilə Suriyaya uçmaq istəyən 1997-ci il təvəllüdlü şəxsi təyyarədən endiriblər. Dağıstanda yaşayan bu şəxsin İŞİD-ə qoşulmaq istədiyi bildirilir.

Müvafiq əməliyyat-profilaktik tədbirlərdən sonra o, könüllü şəkildə Suriyaya uçmaqdan imtina edib. Həmin şəxs barəsində qərar qəbul edilənədək o, hüquq-mühafizə orqanlarının nəzarətində olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR