Azərbaycan XİN Pakistandakı terror aktını pislədi

Azərbaycan XİN Pakistandakı terror aktını pislədi
18:17 25 İyul 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Pakistanın Lahor şəhərində törədilən terror aktını pisləyir və həlak olanların və yaralıların ailələrinə, həmçinin bütün qardaş Pakistan xalqına dərin başsağlığı verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün Pakistanın Pəncab vilayətində partlayış baş verib. Vilayətin Lahor şəhərində tərəvəz bazarının girişində baş vermiş partlayış nəticəsində 9-u polis olmaqla 26 nəfər ölüb, 49 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/566636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR