"Panatinaikos"da yeni müqavilə

"Panatinaikos"da yeni müqavilə
18:17 25 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos" müdafiəçisi Niklas Huntla bağlı qərarını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Afina təmsilçisi 27 yaşlı futbolçunu komandada saxlamaq qərarına gəlib.

İsveç millisinin üzvü Yunanıstan klubu ilə başa çatan müqavilə müddətini daha 1 illik uzadıb. Müqaviləyə gələn yay anlaşmanın 2020-ci ilə qədər artırılması bəndi də salınıb.

Komandanın 4-cü kapitanı özü də uzun illər "Panatinaikos"da qalmaq istədiyini bildirib: "Gözəl bir mövsümü geridə qoyduq. "Panatinaikos"da qaldığım üçün çox sevinirəm. Hətta daha 3 il bu formanı geyinməyə hazıram. Burda müntəzəm oynamaqla yığmadakı yerimi də möhkəmlətdim. Ümid edirəm ki, bu mövsüm bizim üçün daha uğurlu keçəcək. Çünki çox yaxşı kollektivimiz var".

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR