İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış - FOTO

İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış - FOTO
18:27 25 İyul 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Antalyada taxta-şalban və içki ticarəti ilə məşğul olan 34 yaşlı Osman Borazanoğlu tək başına yaşadığı villasında ölü olaraq tapılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, övladlıqdan çıxarıldığı deyilən Borazanoğlunun tapançayla özünü vurduğu məlum olub. 

Hadisə bu gün səhər saatlarında baş verib. Son günlərdə işlərinin pis getdiyi bildirilən Osman Borazanoğludan xəbər ala bilməyən bir dostu qaldığı villaya gedib. İntihar faktını onun aşkarladığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Məhəmməd Vaqif

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR