Ağstafada 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb

Ağstafada 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb
18:27 25 İyul 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa. 25 iyul. REPORT.AZ/ Ağstafa rayonunda 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Korxəlifə kəndində baş verib. 
Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Aidə Abbas qızı Alıyeva həyətyanı sahədə işləyən zaman qəflətən canavarlar ona hücüm edib. Üz, sinə və qollarından ağır yaralar alan qadının qışqırtısına qonşular gəlib və canavarlar ərazidən qaçıblar. Yaralı qadın xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-59-yasli-qadin-canavarlarin-hucumuna-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR