Ronaldu: "Hər il onlardan daha yaxşı olmağa çalışıram"

Ronaldu: "Hər il onlardan daha yaxşı olmağa çalışıram"
18:37 25 İyul 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu ulduz futbolçularla rəqabətdən motivasiya aldığını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz bunu sağlam rəqabət adlandırıb.

"Məni yaxşı olmağa sövq edən bir futbolçunun adını çəkmək çətindir. Ən yaxşı olmaq üçün top-futbolçuların səviyyəsində qalmaq lazımdır. Hər kəs nəyə qadir olduğunu göstərmək istəyir. Özünü axmaq yerinə qoysan, digərləri səni ötüb keçəcək. Ulduz futbolçular arasında rəqabət gedir. Neymar, Messi, Levandovski, Hiquain və digərləri arasında. Bu, idmançılar arasında sağlam rəqabətdir. Biz ən yaxşı olmaq üçün mübarizə aparırıq. Məhz bu amil məni motivasiya edir. Hər il onlardan daha yaxşı olmağa çalışıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR