Ağstafada canavar qadına hücum etdi

Ağstafada canavar qadına hücum etdi
18:37 25 İyul 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Korxəlfəli kəndində baş verib.

Gündüz saatlarında kənddə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.
 
Bunu görən ev sahibəsi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.
 
A. Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/566639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR