Telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər - Rusiyada

Telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər - Rusiyada
18:42 25 İyul 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Nəqliyyat Nazirliyi sərnişin və baqaj daşınmasına dair yeni aviasiya qaydalarını təklif edib. 

Milli.Az report-a istinadən xəbər verir ki, yeni qaydalar əl yükünün minimal çəkisinin 5 kiloqram olmasını nəzərdə tutur.

Bununla belə, sərnişin özü ilə göyərtəyə əlavə ödəniş olmadan götürə biləcəyi əşyaların siyahısından üst geyimləri, çətir, noutbuk, mobil telefon, fotoaparat və videokamera çıxarılıb.
Dəyişikliklərin Federasiya Şurası tərəfindən razılaşdırılması və qaytarılmayan aviabilet alındıqda pulsuz baqaj daşınmasının ləğvi barədə qanunun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi ehtimal olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR