19 yaşlı stilist rəfiqəsi ilə boğazları kəsilmiş vəziyyətdə tapıldı - FOTO

19 yaşlı stilist rəfiqəsi ilə boğazları kəsilmiş vəziyyətdə tapıldı - FOTO
18:47 25 İyul 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə Hindistan əsilli müsəlman qız Seline Dookhran ərəb bir kişi ilə əlaqə yaşamağa başladığı üçün faciəvi şəkildə öldürülüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bir milyon yarım funt dəyərində lüks bir villada cəsədi tapılan qızın dəfələrlə təcavüzə uğradığı, boğazı yuxarıdan aşağıya doğru yarılaraq öldürüldüyü bildirilir.

Hadisənin namus cinayəti olduğunu qeyd edən polis evdə axtarış apararkən başqa bir gənc qız da tapıb. O da Seline kimi zorlanıb və boynu kəsilib. Amma bu qız ölümdən xilas edilib.

Hadisə ilə əlaqədar 33 yaşlı Mücahid Arşid adlı şəxs həbs olunub. Eyni zamanda Arşidin ortağı olan 28 yaşlı Viscent Tappu da hakim qarşısına çıxarılacaq.

Məhəmməd Vaqif

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR