Rusiya bankları müştərilərin identifikasiyasını "selfie" ilə həyata keçirəcək

Rusiya bankları müştərilərin identifikasiyasını "selfie" ilə həyata keçirəcək
19:12 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Rusiya bankları müştərilərin identifikasiyasını smartfonlardan çəkilən "selfie” ilə həyata keçirməyi planlaşdırır. “Sberbank” “VTB 24”, “SMP-bank” və “Rosbank” artıq bu barədə planlarını açıqlayıb. Həmçinin “Binbank”, “Sitibank” və “Ak-Barse” də belə bir mexanizmin tətbiqinin mümkünlüyünü istisna etmir.
“Report" bu barədə Rsuiya mətbuatına istinadən xəbər verir.
Maliyyə qurumlarından bildirilib ki, bu identifikasiya üsulu istənilən əməliyyat zamanı vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyə və məlumatların yoxlanılması vaxtına 0,5 saniyə qənaət etməyə imkan verəcək.
Yeni texnogiyanın 2017-ci ilin iyulun sonunda sınaqdan keçiriləcək Milli Biometrik Platformanın buraxılışından sonra tətbiqi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rsuiya-banklari-musterilerinin-idenfikiyasini-selfie-ile-heyata-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR