“Sıxan inflyasiya” necə işləyir: həmin pula amma kiçik ölçüdə

“Sıxan inflyasiya” necə işləyir: həmin pula amma kiçik ölçüdə
19:12 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Milli Statistika İdarəsi bəyan edib ki, "sıxan inflyasiya" (shrinkflation) adlanan amilə şokolad, qəhvə, meyvə şirələri və tualet kağızı daxil olmaqla daha "sərfəli" qablaşdırmada satılan 2529 mümkün qida ərzağı və istehlakçı məhsulu məruz qalıb.

Bəzi istehsalçılar məhsullarının qablaşdırılmasının kiçilməsi faktını etiraf edərək bunu məhsulların keyfiyyətinin yaxşılaşmasıyla əlaqələndiriblər.

Onlardın bir qismi qablaşdırmanın həcminin kiçildilməsinə ehtiyacın olduğunu, "brexit"ə görə xammalın qiymətinin qalxmasıyla izah etsələr də, statistika idarəsi bu amilin Brexit-dən əvvəl, 5 ildir ki, müxtəlif şirkətlər tərəfindən istifa edildiyini deyib.

Milli.Az BBC-yə istinadən bildirir ki, bununla yanaşı, rəsmi məlumatlara görə, 2012-ci ildən 2017-ci ilə qədər 614 məhsulun ölçüsü artmışdır.

Milli Statistika İdarəsinin məlumatına görə, "sıxan inflyasiya" fenomeni ölkədəki ümumi inflyasiya göstəricilərinə təsir göstərmir. Eyni zamanda ərzaq emalı və qənnadı məmulatları kateqoriyasının qablaşdırma ölçüsünə görə hesablanan inflyasiya göstəriciləri əhəmiyyətli dərəcədə yüksək olub.

2012-ci ildə kiçilən qablaşdırma ilə şokoladların qiymətinin hesablanmasında inflyasiya səviyyəsi 1,22 faiz yüksək olub. Rəsmi məlumatlara görə,Böyük Britaniyada satılan minlərlə məhsulun son 5 il ərzində ölcüsü kiçilsə də, qiymətində dəyişiklik olmayıb.

Məsələn, məhşur Andrex şirkətinin istehsalı olan və labrador itinin məhşur rəsminin fonunda "yumşaq, möhkəm və uzun" kimi reklam olunan tualet kagızlarının rulonu, əvvəlcə 280 vərəqdən ibarət olub.

Daha sonra bu rəqəm 240-a, bu yaxınlarda isə artıq 221 vərəqə azaldılıb. Bu məlumatları istelakçıların hüquqlarını müdafiə edən "Which?" nəşrinin jurnalistləri müəyyən ediblər.

Andrex şirkətindən BBC-yə bildiriblər ki, kağızın rulonu azalsa da , keyfiyyəti daha yaxşı olub.

"Rulonun bir neçə vərəq azaldılması bizə məhsulların istehlak xüsusiyyətlərini yaxşılaşdlrmaq üçün çox milyonluq investisiyanı həyata keçirmək imkanı yaradıb. Yoxsa bunu etmək mümkün olmazdı",-deyə şirkətin mətbuat katibi bildirib.

Покупательница у полки с товарами

Bundan başqa şirkət, pərakəndə satışa malın hansı qiymətə satılmasını diktə etmədiyini qeyd edib.

Ölçü əhəmiyyətlidir

Son illər ərzində onlarla adda şokolad batonlarının və digər şirniyyatların həcmi hiss ediləcək dərəcədə kiçilib.

Şokoladla örtülmüş şirin dənəciklərdən ibarət Maltesers-in qutusu 15 faiz kiçilərək 121 qramdan 103 qrama endirilib. İstehsalçı Mars şirkəti bu yolla məhsulu istehlakçılar üçün daha əlverişli etdiyini söyləyir.

Батончики KitKat и шоколадные драже Maltesers

Bir qədər əvvəl Toblerone şokoladının istehsalçıları ona xas formanı bir qədər dəyişiblər.

İstehsalçının üçbucaq arasındakı boşluqları böyütməsi şokoladın həcminin 12 faiz azaltmasına imkan yaradıb. Mondelez istehsalçı şirkəti bu addımı şokoladın qiymətinin alıcılar üçün sərfəli qalması üçün atdığını deyib.

Toblerone bar

Şirkətin bəyanatına görə, o, qiyməti qalxan müxtəlif xammalları bu yolla kompensasiya etməlidir.

Lakin Böyük Britaniyanın Milli Statistika İdarəsi xammal qiymətlərinin guya qalxması barədə istehsalçıların iddialarına şübhə ilə yanaşıb.

Avropada idxal edilən şəkərin qiyməti 2014-cü ildən durmadan aşağı düşür və 2017-ci ilin martında bu aşağı rekord həddinə çatıb.

Şokolad məhsullarının hazırlanmasında ən böyük xammal olan və 2015-ci ildə ən yüksək həddə çatan kakao paxlasının qiyməti son il ərzində kəskin aşağı düşüb.

Böyük Britaniyanın Milli Statistika İdarəsi həmçinin "sıxan inflyasiya"da son vaxtlar brexit"in günahkar olması barədə iddiaları rədd edib, baxmayaraq ki, o, fərdi idxal olunan məhsulların qiymətinin qalxmasına səbəb olub.

"Bizim təhlilimiz keçirilən referendumdan sonra "brexit"in qiymətlərə təsirini göstərən hansısa əhəmiyyətli dəyişiklikləri müəyyən etmədi ", - deyə statistika idarəsinin açıqlamasında bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/566646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR