“Roma” “Barselona”nın hücumçusunu istəyir

“Roma” “Barselona”nın hücumçusunu istəyir
19:14 25 İyul 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

“Barselona”nın hücumçusu Munir El-Haddadi karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Roma” gənc forvardın xidmətində maraqlıdı.

 

Paytaxt klubunun idman direktoru Monçi bununla bağlı İspaniya nəhənginə müraciət edib. Monçi qarşı tərəfdən 22 yaşlı hücumçunu istəyib. Kataloniya klubu isə transferə çıxarılan Munirin keçidi üçün 25 milyon avro tələb edib. “Barsa” rəhbərliyi nə icarə, nə də əlavə mükafat variantına razıdı. Lakin “canavarlar” məbləği aşağı saldırmağa çalışırlar.

 

Qeyd edək ki, Munir El-Haddadi ötən mövsüm icarə əsasında çıxış etdiyi “Valensiya”nın heyətində 33 oyun keçirib, 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR