Şəki Penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Şəki Penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
19:27 25 İyul 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Penitensiar Xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifbəyli Sahib Asif oğlu ilə qısamüddətli görüşə gəlmiş Yevlax rayon sakinləri, atası Cumayev Asif Yusif oğlu, anası Cumayeva Ceyran Abduləli qızı və bacısı Qurbanova Nailə Asif qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman, sovqatda olan siqaret qutularının içərisində gizlədilən 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/seki-penitensiar-muessisesine-narkotik-madde-kecirilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR