İqtisadçılar Fed-dən sürpriz gözləmir

İqtisadçılar Fed-dən sürpriz gözləmir
19:32 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Moody's Analytics-in baş iqtisadçısı Mark Zandi, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) sabah başa çatacaq iyul iclasında faiz və ya balans üçün yeni addımlar atılmayacağını bildirib.
 
"Bazarlar bu il faizin artırılacağını gözləmir. Dekabr toplantısına dair ehtimal 50%-dən aşağıdır. Fed rəsmiləri bu vəziyyətdən məmnun deyil. Bu səbəbdən FOMC bəyanatının bazarların faiz gözləntilərini yenidən canlandırmağa sövq edəcək şəkildə olacağını gözləyirəm", deyib.
 
Milli.Az marja.az-a istinadən bildirir ki, Mark Zandi FED sədri Janet Yellenin inflyasiyada son dövrlər yaşanan zəifliyin müvəqqəti olduğu fikrinə qatıldığını ifadə edərək, "İnflyasiyada ilin əvvəlindən bəri baş verən ləngimə, hesablama problemləri və bir dəfəlik qiymət dəyişikliklərindən irəli gəldiyi üçün müvəqqəti olacaq. İrəlidə inflyasiyanın bir il ərzində 2%-ə çatacağını və 2 il ərzində 2%-keçəcəyini düşünürəm" şəklində danışıb.

"High Frequency Economics"in Baş iqtisadçısı Jim O'Sullivan da Fed-in, iyul iclasında faiz artırmayacağını və gözləyəcəyini bildirərək, "Fed-in,  faizi növbəti dəfə artırması üçün inflyasiyada zəifliyin müvəqqəti olduğuna dair daha çox dəlil görənə qədər gözləyəcəyini hesab edirəm" deyib.
 
FOMC-ın iyul ayı iclasının qərar mətni, Fed rəsmilərinin 2 günlük görüşünün ardından sabah Bakı vaxtı ilə 22.00-a yayımlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/566651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR